• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3090
— 10.02.2020 12:26

MSK Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkinin ilkin nəticələrini açıqlayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, 5573 seçki məntəqəsinin 87 faizindən, yəni 119 seçki dairəsinin 4823 seçki məntəqəsindən komissiyaya protokollar daxil olub. 6 seçki dairəsində lider namizədlər müəyyənləşməyib. Həmin seçki dairələri üzrə qalib namizədlər yaxın saatlarda açıqlanacaq.  Mərkəzi Seçki Komissiyasının məlumatına görə 125 seçki dairəsi üzrə 5 min 573 seçki məntəqəsində seçici fəallığı 47,81% olub. Səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən 2 milyon 547 min 982 nəfər səs verib. Qərb bölgəsi üzrə səsvermənin nəticələri belədir:

Məzahir Pənahov - MSK sədri: Gəncə üzrə 37 saylı Nizami birinci seçki dairəsindən Pərvin Kərimzadə, 38 saylı Nizami ikinci seçki dairəsindən Naqif Həmzəyev, 39 saylı Kəpəz birinci seçki dairəsindən Müşviq Cəfərov, 40 saylı Kəpəz ikinci seçki dairəsindən Musa Quliyev lider namizədlərdir.Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Anar Məmmədov, 98 saylı Şəmkir şəhər seçki dairəsindən Sahibə Qafarova, 99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Kamran Bayramov, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Elşad Mirbəşiroğlu, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Nizami Səfərov, 103 saylı Gədəbəy seçki dairəsindən Sevinc Hüseynova, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayeva, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Ülviyyə Ağayeva, 107 saylı Qazax seçki dairəsindən Səməd Seyidov, 108 saylı Ağstafa seçki dairəsindən Nizami Cəfərov lider namizədlərdir.