• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2360
— 09.02.2020 20:42

İlk dəfə səs verənlər

KepezTV Player

Gəncədəki 4 DSK üzrə 18 yaşına çatmış 440 nəfər bu gün ilk dəfə səs verib. Onlardan 1 nəfərinin 18 yaşı elə bu gün tamam olub. İlk dəfə səs verəcək gənclər üçün gənclərin ictimai həyatda rolunun artırılması, ilk dəfə səs verəcək gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, habelə gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsi ilə bağlı təlimlər keçirilib. Təlimlər zamanı gənclərə səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi, seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri haqqında məlumat verib.

Ləman Məmmədova ilk dəfə səs verən: İndiyədək seçkilərdə heç vaxt iştirak etməmişdim.Seçki prosesini bilmirdim.Valideynlərim iştirak edirdi.Çox şad oldum bu gün səs verdiyim üçün.Ümid edirəm ki, seçkilər hər zaman şəffaf və demokratik keçiriləcək.Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün çox şadam.

Günay İsayeva ilk dəfə səs verən: İlk dəfə seçkilərə gəlmişəm. Seçkilər çox şəffaf şəkildə keçirilir.Həmişə valideynlərim gedib səsvermədə iştirak edirdilər. Mənə də çox maraqlı gəlirdi.Ancaq çox təəssüf ki, indiyə kimi yaşım çatmırdı.Bu gün çox sevinirəm ki, yaşım tamam oldu və mən gəlib səsvermədə iştirak etdim.Səs verdim və öz namizədimi seçdim.