• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 09.02.2020 20:28

Şəmkir və Samux sakinləri seçkilərə qatılıb

KepezTV Player

Şəmkir rayonunda parlament seçkiləri ilə bağlı 108, Samuxda isə 44 məntəqə fəaliyyət göstərib. Təlimata uyğun olaraq 11 saatlıq seçki prosesində vətəndaşlar öz namizədlərinə səs vermək üçün aktivlik nümayiş etdirib. Müşahidəçilər seçkinin gedişində ciddi qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

98 saylı Şəmkir şəhər Dairə Seçki Komissiyasının nəznində 1-i qapalı olmaqla 34   məntəqədə seçki keçirilib. Dairə üzrə qeydiyyatda olan 36200 seçicinin istədiyi namizədə rahat səs verməsi üçün maksimum şərait yaradılıb. 4 nəfər 100 yaşdan yuxarı şəxs səs verməyə qatıdığı halda  22 gənc prosesdə ilk dəfə iştirak edib.

İlham Həsənov seçici: Qeydiyyatda olduğum ərazi üzrə 1 saylı məntəqədə səs verdim. Hər şey şəffaf heç bir müdaxilə ilə rastlaşmadım. Hər şey qaydasındadır.

12 məntəqədə seçkilərin gedişi VEB kameralar vasitəsi ilə canlı izlənilib. Bundan başqa müxtəlif partiyaları təmsil edən 378 yerli müşahidəçi də seçkilərin gedişinə nəzarət edib. Bundan başqa dairənin bir neçə məntəqəsində exitpollda keçirilib. İstər seçicilər istərsə də müşahidəçilər səsvermə zamanı müdaxilə hallarına rast gəlinmədiyini bildiriblər.

Xoşbəxt Məmmədova müşahidəçi: Heç bir qanun pozuntusu yoxdur. Gözəl seçki gedir. Yəni hər şey yaxşıdır.

Abdulla Sadıqov 98 saylı DSK-nın sədri: Seçkilər yüksək səviyyədə başa çatıb. Hər hansı bir pozuntuya yol verilməyib. Tam seçki məcəlləsinə uyğun olaraq keçirilib.

99 saylı Şəmkir kənd Dairə Seçki Komissiyasında isə  seçkilər 1-i qapalı olmaqla 39 məntəqədə baş tutub. Dairə üzrə qeydiyyatda olan 43659  seçici öz namizədinə səs verməsi üçün imkan yaradılıb. Seçkilərin gedişi 5 məntəqədə canlı izlənilib. Həmçinin 630 müşahidəçi baş verə biləcək qanun pozuntularına nəzarət edib. Dairənin məntəqələrində 15 nəfər 100 yaşdan yuxarı və 70 ilk dəfə səs verəcək gəncə şərait yaradılıb.

Aysel İsmayılova seçici: Mən tələbə olsamda doğma rayonum olan Şəmkir rayonun Düyərli kəndində gəldim səs verdim. Heç bir müdaxilə olmadı.

Gültən İsmayılova seçici: Düyərli kəndində olan səs vermədə iştirak etdim. Səs vermə adi qaydada keçdi. Heç bir müdaxilə ilə rastlaşmadım.

Nizam Qurbanov seçici: Mən lazım olan namizədə səsimi verdim. Seçki çox demokratik şəffaf Azərbaycan Respublikası Məcəlləsinin qanuna uyğun keçirildi.

Tacüman Heydərova seçki məntəqəsinin sədri: Seçki çox rahat keçir. Bunu burada oturan 22 nəfər müşahidəçidə təsdiq edə bilər. Çox sərbəst heç bir müdaixlədən söhbət belə gedə bilməz.

99 saylı Şəmkir kənd Dairə Seçki Komissiyasında mandat üzrə 10 nəfər namizəd var. Məntəqələrdə səsverməyə qatılan şəxslər prosesin şəffaf və demokratik keçdiyi deyiblər.

Rafiq Məmmədov 99 saylı DSK-nın sədri: Dairə seçki komissiyasına istər namizədlər istərsədə müşahidəçilər tərəfindən heç bir müraciət daxil olmayıb.

100 saylı Şəmkir-Daşkəsən dairə seçki komissiyası tərəfindən Şəmkir rayonunda yaradılan 29 məntəqədə seçkilər insidentsiz baş çatıb. 30845 seçicidən 4 nəfər ilk dəfə səs vermədə iştirak etdiyi halda  6 nəfərin yaşı 100 dən yuxarı olub. Dairə üzrə  Şəmkirdə 4 məntəqədə VEB kamera quraşdırılıb. 300 müşahidəçi gedişatı izləyib.

Şahin Pənahov 100 saylı DSK-nın sədri: Məntəqələr seçki komissiyalarından Dairə Seçki Komissiyalarına heç bir məlumat daxil olmayıb. Seçkilər tam şəffaf və ədalətli keçirilib.

Şəmkir rayonunda daha 7 məntəqə isə 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının nəznində fəaliyyət göstərib. Samux rayonunda parlament seçkiləri üçün 44  məntəqə yaradılıb. 39006 nəfər seçinin azad seçim etməsi üçün lazımı şərait yaradılıb. Səhər saatlarından başlayaraq vətəndaşlar qeydiyyatda olduqları məntəqələrə gələrək istədikləri namizədə səs veriblər.

Fidail Əliyev seçici: Məntəqəyə daxil olub layiq bildiyim namizədə səs verdim. Seçkiləri məndə bir vətəndaş kimi kənardan baxıram. Çox gözəl və şəffaf keçirilir.

Bayram Qasımov 102 saylı DSK-nın sədri: Dairəyə şikayət və başqa məzmunda müraciət daxil olmayıb. Seçici aktivliyədə kifayət qədər yüksək olub.

Seçkiləri 482 yerli müşahidəçi izləyib. Bundan başqa dairənin Samux rayonunda yerləşən 9 məntəqəsində VEB kamrea quraşdırılıb.

Natiq Hüseyn