• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2085
— 09.02.2020 16:16

Mədəniyyət işçiləri seçki məntəqələrində

KepezTV Player

Səhər saatlarından başlayan, Gəncədə də keçirilən növbədənkənar parlament seçkilərində Azərbaycanın tanınmış mədəniyyət işçiləri də iştirak ediblər. Məntəqələrdə səs verən xalq və əməkdar artistlərin prosesdə iştirakını əməkdaşımız Fidan Muradlı izləyib.

Saat 8-dən başlayan səsvermədə Gəncədən olan mədəniyyət işçiləri də iştirak edib. Öz namizədinə səs vermək üçün seçki məntəqələrə üz tutanlar vətəndaşlıq borcunu yerinə yetiriblər. Hər kəsin iştirakının - bir səsin vacibliyini qeyd edən əməkdar artist Kəmalə Məmmədova ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini deyir.

Xalq artisti Vaqif Şərifov da səsvermə hüququndan istifadə edib. 39 saylı seçki dairəsinin 22 saylı seçki məntəqəsində səs verən Vaqif Şərifov səsvermənin obyektivliyinə diqqət çəkib. Seçkidə şəffaflığın tam şəkildə təmin edildiyinə diqqət çəkərək məntəqədə hər bir şəraitin olduğunu vurğulayıb. Hər dəfə olduğu kimi bu gün də Xudayat Əsgərov seçki prosesinin iştirakçısıdır. Daha çox uşaqların sevimlisi olan əməkdar artist seçki kabinəsinə keçərək layiq bildiyi namizədin adı olduğu xananı qaralayıb. İnandığı və Gəncə üçün layiq bildiyi şəxsin qarşıdakı 5 il üçün açıqladığı platformaya inanaraq səsini ona verdiyini bildirib.

Hazırda Respublika üzrə səsvermələr davam etdirilir. Hər kəs, hər bir vətəndaş öz layiqli namizdəni seçmək üçün məntəqələrə yollanır və səs hüququndan istifadə edib, səs verir. Biz isə Gəncədə mədəniyyət işçilərinin məntəqələrə yollanıb səs verdiklərini lentə aldıq. Ümid edirik ki, uğurlu namizəd, layiqli namizəd qazanacaq.