• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2631
— 08.02.2020 16:39

Dəm qazından zəhərlənmələr olub

KepezTV Player

Gəncədə iki bacı dəm qazından zəhərlənib. Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Belə ki, 44 yaşlı Əliyeva Gülnarə  Novruz qızı və bacısı Gülmira Əliyeva dəm qazından zəhərləniblər. Xəstəxanaya yerləşdirilən qadınlara lazimi tibbi yardım göstərilib.Vəziyyətlərinin kafi olduğu deyilir.

Analoji fakt Goranboyda da qeydə alınıb.Tapqaraqoyunlu kəndində yerli sakin 60 yaşlı Faiq Əzizov dəm qazından zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.