• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 07.02.2020 18:13

"Kəpəz" ikinci dövrəyə qələbə ilə başladı

KepezTV Player

Futbol üzrə Azərbaycan I Divizionunda 14-cü tura start verilib. İlk oyun günü Gəncənin Kəpəz klubu səfərdə MOİK-in qonağı olub. Birinci hissə qolsuz tamamlanıb. İkinci yarıya yaxşı başlayan “sarı-göylər” 47-ci dəqiqədə hesabı açıblar. Qərb təmsilçisinin heyətində yeni transfer Tural Qürbətov fərqlənib. Bu həm də oyunda qapılara vurulan sonuncu qol olub. Minimal hesabla qalib gələn Kəpəz xallarının sayını 21-ə çatdırıb və 6-cı pilləyə yüksəlib. Gəncəlilər növbəti görüşünü fevralın 13-də doğma meydanda “Keşlə - 2”-yə qarşı keçirəcəklər.