• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 06.02.2020 20:08

Fikri tətildə, özü məktəbdə olanlar

KepezTV Player

“Yox, oyanmaq istəmirəm", Yenə məktəb?”, "Yuxum gəlir, yatmaq istəyirəm." Bir növ şikayət xarakterli bu cümlələr yəqin ki, əksər valideynə tanışdı. Xüsusilə, tətildən sonra. Bəs, nə etməli? Məktəb rejiminə qayıtmaq istəməyən şagirdləri necə ələ almalıyıq? Mövzunu əməkdaşımız Nazənin Zaman araşdırıb, izləyək.

İstirahət günlərindən sonra yaşanan dezatadaptasiya problemini əksəriyyət tətil müddətində yaxşı vaxt keçirməməklə əlaqələndirir. Maraqlıdır, bir neçə gün əvvəl qış tətilini geridə qoyan şagirdlər həmin günləri necə qiymətləndirib?

Real danışsaq, Səidə Babazadə və onun sinif yoldaşlarından fərqli olaraq, məktəb üçün darıxmayan şagirdlər də var. Psixoloqların fikirincə, bu hal onların məktəb rejiminə tam hazırlıqlı olmamasından irəli gəlir.

Günay Bayramova məktəb psixoloqu:Uşaqlar məktəbə daxil olanda buna tək intellektual deyil, emosional, sosial olaraq da hazır olmalıdırlar. Əgər bu sferalardan biri uşaqda yaxşı inkişaf etməyibsə, o uşaq adaptasiyada problem yaşayır...

İstənilən halda, məsələdə müəllim-şagird münasibətləri də müstəsna rol oynayır. Elə bu səbəbdən dolayı, valideynlər qədər, pedaqoqlar da diqqətli olmalıdırlar.

Əliağa Səfərəliyev məktəb direktoru:Tətildən sonra şagirdin məktəbə adaptasiya olunma prosesi müəllim-şagird münasibətlərini tənzimləyən bir vasitədir. Müəllim nə qədər peşəkar, yaradıcı, təşəbbüskar, xoş ovqatlı olarsa şagirdlər mütəmadi olaraq məktəbə gəlməyə can atacaqlar...

Əks halda, məktəb psixoloqunun vəziyyətə müdaxilə etməsi labüddür.

Günay Bayramova məktəb psixoloqu: Adətən, belə uşaqlarla fərdi psixoloji konsultasiyalar aparırıq, zəif cəhətlərini aradan qaldırırıq...

Bəli, uşaqlar bizim gələcəyimizdir. Yaşından asılı olmayaraq istənilən situasiyada onlara fərd kimi yanaşmalı, lazımi diqqət və qayğını əsirgəməməliyik.