KepezTV Player
M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi üzrə artıq 29,13% iş görülüb. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 130,15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.
- Baxış: 626