• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 03.02.2020 18:07

Lənkəranda ana doğuşdan sonra ölüb

KepezTV Player

Lənkəranda ana ölümü qeydə alınıb. Girdəni kənd sakini, 24 yaşlı Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamiləlik diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub.<br>Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında Gülnar Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, Babayevanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum ötən il də qeysəriyyə yolu ilə övlad dünyaya gətirib. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün əsas səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.