• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 03.02.2020 19:01

"Gəncə" revanş ala bilmədi

KepezTV Player

Kişilərdən ibarət komandalar arasında keçirilən basketbol üzrə Azərbaycan çempionatında III dövrəyə start verilib. Super Liqa adlanan yarışda mübarizə aparan klublar 15-ci turun oyunları çərçivəsində üz-üzə gəliblər. Görüşlərin birində Gəncənin eyniadlı komandası əyalət derbisində Cəlilabadı təmsil edən “Zirvə” ilə qarşılaşıb. Əvvəlki iki dövrədə rəqibinə uduzan “sarı-göylər”in revanş istəyi yenə baş tutmayıb. Rizvan Səfərovun yetirmələri 84:101 hesabı ilə uduzublar. Məğlubiyyət “Gəncə”nin turnir cədvəlində mövqeyinə də təsirsiz ötüşməyib. 22 xala malik kollektiv 1 pillə geriləyərək 5-ci yerə enib. Gəncəlilər növbəti turda “Sərkərdə” ilə oynayacaq.