İnternetin həyatımıza təsiri, eyni zamanda onu asanlaşdırdığı danılmaz faktdır. Biz internet vasitəsilə ünsiyyət qururuq, mal və xidmətlər sifariş edirik, informasiya alırıq. Həmçinin müxtəlif müəssisələr, iaşə obyektləri barədə... Məsələn, onlayn xəritələrin köməyi ilə bizə lazım olan məkanları, onların əlaqə nömrələrini, ünvanlarını tapırıq. Təbii ki həmişə ünvan düzgün olmur. Nəticədə xəritələr adamı lap çaş-baş salır.
Mövcud vəziyyətdə sual yaranır. İnternetə, xüsusilə google-a hər hansı bir informasiya, məlumat yerləşdirmə işi necə nizamlanır? Qeyd olunan yalnış məlumata görə məsuliyyəti kim daşıyır?
"Google" şirkətinin ölkə üzrə nümayəndələri məsələdə diqqətli olub, informasiyanın dəqiqliyini araşdırmalı, lazım gəldikdə isə dəyişikliklər etməlidirlər. Əks halda, bu hal taksi şirkətlərinin işinə də mənfi təsir göstərir, sərnişin və sürücülər arasında anlaşılmazlıqlara gətirib çıxarır.
İnkişaf etmiş ölkələrdə artıq çoxdan bir çox idarə və müəssisələr öz işlərini məhz bu cür xəritələrə, naviqasiya sistemlərinə uyğun qururlar. Çünki orda yanlışlıqlar çox nadir hallarda olur. Bizdə isə hələ təəssüf ki, bu xidmətlərin dəqiqliyi şübhə doğurur. Belə çıxır ki, hələlik biz köhnə dədə-baba metodundan istifadə edərək gedəcəyimiz ünvanı bilənlərdən soruşsaq daha yaxşı olar...
- Baxış: 341