• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 01.02.2020 16:39

"Gəncə" liderlə qarşılaşacaq

KepezTV Player

Bu gün kişi basketbolçular arasında Super Liqada 3-cü dövrəyə start veriləcək. Komandalar 15-ci turun görüşləri üçün meydana çıxacaqlar. Çempionatın oyunları Texniki Universitetin zalında keçiriləcək. Tur çərçivəsində Gəncənin eyniadlı klubu Cəlilabadı təmsil edən “Zirvə” ilə görüşəcək. Bu qarşılaşma fevralın 2-si saat 18:00-a təyin olunub. Əyalət derbisi maraqlı mübarizə vəd edir. Belə ki, gəncəlilərin rəqibi yarışın lideridir. Rizvan Səfərovun yetirmələri isə turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar. Sabahkı oyunda “Gəncə” uğurlu nəticə əldə etməklə rəqibinə yaxınlaşmağı qarşıya hədəf qoyub.