• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2928
— 01.02.2020 12:32

"ZİL"-ə çırpılan "Ford" tanınmaz hala düşdü, sərnişin öldü

KepezTV Player

Göygöldə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Rayonun Yeni Qızılca kəndində qeydə alınan hadisə zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Yol qəzası nəticəsində 36 yaşlı Aidə Orucova elə hadisə yerində dünyasını dəyişib. 36 yaşlı Südabə Həsənova və 7 yaşlı Fatimə Orucova xəsarət alaraq xəstəxanaya aparılıblar.