Heç kimə sirr deyil ki, əksər insanların asudə vaxtlarının əsasını stolüstü oyunlar təşkil edir. Bura nərd, domino, dama və sair daxildir. Lakin stolüstü oyunların şahı şahmat sayılır. Şahmat – seçmə oyundur. Bu oyunu müxtəlif dövrlərin bir çox alimləri, siyasətçiləri, yazıçılari və iş adamları da sevirdilər. Şahmat haqlı olaraq bəşəriyyətin ən qədim oyunlarından hesab olunur.
Şahmat yaddaşı möhkəmləndirir, iradə möhkəmliyi, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri formalaşdırır. Eyni zamanda, oyunçuya məğlubiyyətə mətanət və ləyaqətlə yanaşmağı, təcrübə əldə edərək, özünütənqid və şəxsi hərəkətlərini analiz etməyi öyrədir.
Deyirlər həyat şahmat taxtası, biz isə onun fiqurlarıyıq. Bəzimiz piyada, bəzilərimiz zabit, kimimiz isə ən yuxarı fiqur, yəni Şah . Oyunun qaydalarına əsasən piyada Şah olmağa çalışır bu isə normaldır. Çünki insan daima yüksəlişə, inkişafa can atır. Amma bir şeyi unutmaq olmaz. Böyüklüyundən, kiçikliyindən asılı olmayaraq oyun bitəndə, bütün fiqurlar eyni qutuya qoyulur.
- Baxış: 742