• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 27.01.2020 16:27

Şəmkir və Gədəbəydə yoxlamalar: təbii qazın talanması nəticəsində ziyan vurulub

2019-cu il ərzində Energetika Nazirliyində inzibati xətalara dair 686 işə baxılıb. Bunlardan 626 iş təbii qaz, 60 iş isə elektrik enerjisi ilə bağlı olub.Kürdəmir, Şəmkir, Gədəbəy, Neftçala, Balakən, Zaqatala və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə, təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə və təbii qazdan istifadə qaydalarının pozulmasına görə 263 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.