• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 27.01.2020 15:45

Samuxun Sərkar kəndində əhalinin təklifləri öyrənilib

KepezTV Player

Samux rayonunun Sərkar kəndində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər yerli sakinlərlə rayon rəhbərliyinin görüşü keçirilib. Kəndin potensial imkanlarından danışılıb, Sərkarda 1 məktəb, 1 uşaq bağçası-körpələr evi, tibb məntəqəsi, poçt, ATS və musiqi məktəbinin fəaliyyət göstərdiyi vurğulanıb. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan Sərkarda aqrar sektorun inkişafı daim diqqət mərkəzində saxlanılıb. Abonentlər su, qaz və işıqla təchiz olunub. Heydər Əliyev fondunun dəstəyi ilə kənddə yeni məktəb binası və körpələr evi uşaq bağçasının tikintisinə başlanılıb. Kəndin sosial problemlərinin həlli ilə bağlı təkliflər bildirikib. Mürcaiətlərin əsasını isə elektrik təsərrrüfatının yenilənməsi, məhəllə daxili yolların təmiri və suvarmaya olan ehtiyacın yaxşılaşdırılması təşkil edib. Təklifləri fərdi qaydada dinləyən rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev müraciətlərin həlli bağlı adiyyatı struktur rəhbələrinə müvafiq tapşırıqlarını verib.

Təhmasib Əliyev - Sərkar kənd icra nümayəndəsi: Öndə duran plan odur ki yeni salınan yaşayış massivini qaz işıq və su ilə təmin edək. Yolları normal vəziyyətə gətirilməlidir. Ötən il həmin ərazilərdə 48 nömrə tutumlu yeni elektron ATS quruldu. Yeni iş yerləri yaradıldı.

 

Natiq Hüseyn