• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2333
— 24.01.2020 19:09

"Kəpəz" Bakıda hazırlıq keçəcək

KepezTV Player

I Divizionda çıxış edən “Kəpəz” komandası təlim-məşq toplanışının Gəncə mərhələsini başa vurub. Yanvarın əvvəlindən şəhər stadionunun yardımçı meydançasında çempionatın ikinci dövrəsinə hazırlaşan komanda növbəti məşqləri Bakıda keçirəcək. “Sarı-göylər” sabahdan paytaxtda çalışmalara başlayacaq. “Kəpəz” səfərdə olduğu müddətdə yoxlama oyunlarına da çıxacaq. Xatırladaq ki, aşağı liqa kollektivi buna kimi klubun 17 yaşlılardan ibarət komandası və “Turan Tovuz” ilə sınaq görüşləri keçirib. Nizami yurdunun təmsilçisi qış transfer dövrünün ən aktiv kollektivlərindən biri kimi heyətə yeni futbolçular da cəlb edib.