• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 22.01.2020 11:01

Dünyada ən kiçik telefonun yeni versiyası təqdim edilib

2017-ci ilin sonunda təqdim edilən “Zanco Tiny T1” adlı dünyanın ən kiçik mobil telefonunun yenilənmiş versiyası hazırlanıb. “Tiny T1”in çəkisi 13 qr təşkil etdiyi halda “Tiny 2” aparatının çəkisi 31 qr-dır. Cihaz yalnız vizual olaraq yenilənməyib, həm də bir sıra mühüm dəyişikliklər edilib. Birincisi, akkumulyatorun tutumu “Tiny T1” ilə müqayisədə 300 milliamper/saat artırılaraq 500 milliamper/saat olub. İkincisi, cihaz indi “Bluetooth” modulu ilə təchiz edilib və “3G” şəbəkələrində işləyir.  İstehsalçı platforma kimi enerjiyə qənaətcil “MediaTek MT6276A” çipinə üstünlük verib. İnformasiyanın göstərilməsi üçün 128x96 piksel təsvir ölçülü 1 düymlük TFT displey quraşdırılıb. “Tiny 2” aparatı, həmçinin 0,3 meqapiksellik kamera və işıqlandırıcı ilə təchiz edilib. Hətta tutumu 32 QB-dək olan yaddaş kartlarının dəstəklənməsi nəzərdə tutulub, qurğunun daxili yaddaşı 128 MB, əməli yaddaşı isə 64 MB-dır. Yenilənən model MP3 və MP4 formatında audiofaylları səsləndirməyə imkan verir. “Zanco Tiny T2”nin qiyməti 79 dollardır.