• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 17.01.2020 19:08

AQTA sədri hesabat verdi

KepezTV Player

Son günlər ölkədə zəhərlənmə və ölüm hallarının baş verməsi cəmiyyətdə böyük narahatlığa səbəb olub. Bu və digər məsələlərlə bağlı mətbuat konfransı keçirən AQTA-nın sədri Qoşqar Təhməzli Saatlıda bir ailənin beş üzvünün göbələkdən zəhərlənməsi hadisəsinə münasibət bildirdi. Qurum rəsmisi hazırda bununla bağlı araşdırmanın aparıldığını vurğuladı. Eyni zamanda ölüm faktlarının qeydə alındığı saxta spirtli içkilərlə bağlı da danışan agentlik sədri sahibkarlıq subyektlərini çalışdıqları sahənin məsuliyyətini dərk etməməkdə qınadı.

Qoşqar Təhməzli - AQTA sədri: Bu cinayətdə iştirak edən 15 nəfər şəxs artıq həbs qəti imkan tədbiri tətbiq olunub.Burada ümumiyyətlə zəhərlənməyə səbəb olan spirt texniki spirtdir,sənaye spirtidir,bunun ümumiyyətlə qida ilə heç bir əlaqəsi olmayan metil spirtidir.

"Bizim Market"də 12 ton saxta kərə yağının aşkarlanmasına da toxunan sədr bunun cinayət faktı olduğunu dedi. Qoşqar Təhməzli işbazların agentliyin sertifikatını saxtalaşdırmağa cəhd göstərdiklərini və məsələ ilə bağlı artıq hüquq mühafizə orqanlarının məşğul olduqlarını diqqətə çatdırdı.

Qoşqar Təhməzli - AQTA sədri: Bizim market mağazasında satmaga cəhd edib.Bu eyni zamanda sahibkarı da bizim marketin rəhbərliyini aldatmaga cəhd edib.Və məlum oldu ki,bu ümumiyyətlə kərə yağı deyil,həmin əmtəə nişanı altında kərə yağı yoxdu.Bu cür faktların aşkarlanması üçün sahibkarların məsuliyyəti artmalıdır.))

2019-cu ildə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib ki, bunun da 594-ü planlı, 419-u isə plandankənar olub. Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib.

Qoşqar Təhməzli - AQTA sədri: Rəqəmləri görürsünüz ki,tərəfimizdən nə qədər məhsul geri qaytarılıb,nə qədəri məhv olunub,zərərsilzidilirib,nəzarət tədbirləri həyata keçirilib.Təəsüflə qeyd etmək istəyirəm ki,agentliyimiz fəaliyyətə başladığı dövrdən bu günədək bir dənə də olsun sahibkarlıq subyekti bizə özü müraciət edib məhsulunda baş verən problem haqqında məlumat verməyib.

Eyni zamanda aqrokimyəvi maddələr və pestisidlərlə bağlı da danışan qurum rəsmisi 526 preparata dövlət qeydiyyatı ilə bağlı şəhadətnamənin verildiyini, ölkəyə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizəsi vasitələrinin idxalı üçün agentliyə 1801 müraciət daxil olunduğunu və onlardan 6-na imtina verildiyini bildirdi.