• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1754
— 17.01.2020 19:39

Əsl vətəndaş kimə deyirik?

KepezTV Player

“Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” deyib Məmməd Araz. Bəli, bu yurd bizə babaların, dədələrin əmanətidir. Biz isə bu ölkənin vətəndaşı, cəmiyyətin üzvü, fərd olaraq, hər vəclə onu layiqincə qorumağa, təbliğ etməyə hazır olmalıyıq. Vətənə məhəbbət hissinin aşılanmasında təhsil ocaqlarının da rolu danılmazdır. Gəncədə yerləşən uşaq evində böyüyən uşaqların vətənpərvər, əsl vətəndaş olaraq formalaşması üçün nə kimi işlər görülür, izləyək.

Haradan başlayır Vətən? Beşikdənmi? Doğulduğun evdənmi? İsti ana qucağındanmı? Yoxsa sərhəddənmi? Sevilən şairlərimizdən olan Məmməd Araz deyirdi: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” Bəli həqiqətən bu sözlər elə özlüyündə böyük məna daşıyır. Bəs vətəndaşlıq nədir? Yaxşı vətəndaş necə olmalıdır?

Vətənpərvərlik haqqında danışanda uşaqlarda vətəninə, xalqına sonsuz məhəbbət bəsləmək, şəxsi xoşbəxtliyini və səadətini onun xeyrinə qurban verməyə hazır olmağı aşılamaq lazımdır. Vətəninə, yurdunun tarixinə və adət-ənənələrinə sonsuz və qarşılıqsız məhəbbəti öyrətməli, hər an vətənin müdafiəsinə hazır olmaq üçün gənc nəsli yetişdirməliyik.

“Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz” – Bunu isə dahi şairimiz Abbas Səhhət deyib. Bəli, Vətən bizimdir! Eyni zamanda biz vətəninik. Vətəni və valideynlərini insan özü seçmir. Buna baxmayaraq hər bir insan üçün öz ata-anası əziz olduğu kimi, vətəni də əziz olmalı, onu daha gözəl, daha güclü etmək üçün əlimizdən gələni etməliyik. Lazım gələrsə adi bir vətən daşı olmaqla da...