• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 16.01.2020 20:32

Gəncənin avtobus parkı yenilənəcəkmi?

KepezTV Player
Hazırda Gəncədə 32 xətt üzrə 230 ədəd mikroavtobus və avtobus sərnişindaşımaya cəlb edilib. 7 daşıyıcı şirkət tərəfindən göstərilən bu xidmətin hansı səviyyə olduğunu demək üçün nəqliyyat vasitələrinə vizual baxış çox şeyi deyir. Ələxsus da mikroavtobuslardan istifadə edənlər vəziyyətin nə yerdə olduğunu yaxşı bilirlər. Uzun müddətli istifadə nəticəsində aşınan, bəlkə də istismar müddətini başa vurmasına baxmayaraq fəaliyyətdə olan belə nəqliyyat vasitələri sərnişinlər qədər sürücüləri də narazı edib. 
Gəncədə sərnişin daşıyan mikroavtobuslardan biridə Qazel markalı mikroavtobuslardı. Gün ərzində 30-a yaxın bu cür mikroavtobuslar xəttə buraxılır. Bu mikro avtobuslar istismar müddətini başa vurub. İstismar müddətini başa vuran bu mikroavtobuslar sərnişin daşımaqda çətinliklər yaradır.
Bəxtiyar Məhərrəmov  sərnişin: İşlə bağlı, müxtəlif yerlərə avtobus və mikro avtobuslardan daimi istifadə edirəm. Avtobusalrın vəziyyət acınacaqlıdır. İçərisi toz-torpaq olur, səliqə-səhmanıs olur. Xüsusi ilə Qzellərdə durmaq olmur, sıxlıq olur. Bir balaca dönəndə və yaxudda sürət yığanda cammat bir-birinə dəyir. Avtobusların yenilənməsinə böyük ehtiyac var.
Rafiq Məhərrəmov  sürücü :Köhnə maşınlardı çətinlik çəkirik.Sərnişinlərin hamısı narazıdır. Hamısı köhnə maşınlardı.
Uzun müddətdir mövcud olan vəziyyətin dəyişəcəyi barədə dəfələrlə fikirlər səslənsə də sərnişinləri razı salacaq addım atılmatıb. qırıq-salxaq avtobuslarla mənzil başına çatmağa adət edənlərin reallığı qəbul etməkdən başqa bir çarələri də yoxdur. Amma Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsindən deyirlər ki, problemin aradan qaldırılması üçün ilkin razılaşmalar əldə olunub.
Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası :Biz bu məsələylə bağlı həmin şirkətlərə ciddi tələb qoymuşuq. Kiçik tutumlu marşurut xətləri aidiyyatı üzrə orta və daha böyük nəqliyyat vastələri ilə əvəz olunacaqdı. Ciddi tələb qoyulub. Bu ayın sonuna qədər onlar həmin nəqliyyat vastələrini tam müasir tipli nəqliyyat vastələri ilə əvəz edəcək.
Bu məqamda Gəncədə elektrobus istehsalını da qeyd etmək yerinə düşər. Gəncə Avtomobil zavodunda yığılan nəqliyyat vasitələri ekoloji baxımdan təmiz olmaqla, vəsaitə də qənaət etmək imkanı yaradır. Eləcə də sərnişinlərə xidməti daha komfortlu təşkil etmək mümkün olar. Ötən ilin oktyabrında pilot layihə olaraq yığılan 4 ədəd elektorbus akkumluyator sistemi ilə işləyir və 6-8 dəqiqə ərzində tam işlək vəziyyətə gəlməklə 40 km-ə qədər məsafə qət etmək imkanı yaradır. Tam enerji yəni axşam sistemi, eləcə də isitmə və soyutma sistemləri də istifadə olunarsa bu məsafə 26 kmə qədər azalır. Gəncədə isə bir marşurut xətti üzrə maksimum məsafə 18 km-ə qədərdir. 26 oturacaqlı, 60 nəfər tutumu olan elektorbusların ilin sonuna kimi şəhərdə xəttə buraxılacağı nəzərdə tutulub.   
Faxrəddin Süleymanov  "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin baş mühəndisi: Birincisi səssizdir. İkincisi ekoloji heç bir tullantısı yoxdu. Üçüncüsu rahatlığın baxımından bu gün ki, avtobuslardan geri qalmır. İstər görnüşü, istər salon istərsədə qapıların genişliyi hər şey insan üçün nəzərdə tutulub. Bizim nəzərdə tutduğumuz sahəmiz var. İşçi qüvvələrimiz var. Texniki baxımından tıminatımız var. Sifarişlər olarsa onu yerinə yetirməyə qadiriq.
Avtobusda kamera sistemi və dayanacaqların elan edilməsi də var.
Üstünlüklərindən biri elektrobusların əlillərin minib-düşməsi üçün xüsusi yerlər düzəldilib. Əlillər avtobusa daxil olduqdan sonra onlar üçün xüsusi ayrılmış yerlərdə dayan bilərlər.
Sərnişindaşımada xidməti yaxşılaşdırmaq və vətəndaş məmnunluğuna nail olmaq üçün ictimai nəqliyyatda yeniliyə getmək lazımdır. İndi seçim qalır sahibkarların və adiyyatı qurumların üzərində.