• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 16.01.2020 12:33

Məişət tullantıları ərazisində top mərmiləri aşkar olunub

KepezTV Player

Gəncə şəhəri, “Kukla” teatrının yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Gəncə çayının sağ sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əl arabasında 4 ədəd 122 mm-lik top mərmisi aşkar olunmuş, ətrafında 300 kv.m əraziyə yerüstü baxış zamanı məişət tullantıları ərazisindən daha 10 ədəd 122 mm-lik top mərmisi tapılıb. Zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.