• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 15.01.2020 18:19

Qızıl oğrusu saxlanılıb

KepezTV Player

Zaqatalada qızıl oğrusu saxlanılıb. Rayon Polis Şöbəsinə Yuxarı Tala kəndində yerləşən 3 evdən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Zərərçəkmişlərə məxsus evlərdən ümumi dəyəri 8000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş 22 yaşlı Əhməd Məmmədov saxlanılıb. Araşdırma zamanı Məmmədovun həmin qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə Zaqatalada qızıl alqı-satqısı yerlərinə satdığı, əldə etdiyi gəliri isə özünün əyləncəsi üçün xərclədiyi müəyyən olunub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi isə saxlanılan şəxsin yaşadığı evdən maddi sübut kimi götürülüb. Əhməd Məmmədovun digər cinayət əməllərində iştirakının olub-olmadığı araşdırılır.