Samux Rayon Baytarlıq İdarəsinin əməkdaşları cari ilin ilk günlərindən başlayaraq rayon ərazisində saxlanılan heyvanlar və sahibli itlər arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına başlayıb. Qarayara xəstəliyinə qarşı peyvəndləmə aparılır, quduzluğa qarşı vaksinlər vurulur.
Samux rayonunda mövcud olan 6 sahə baytar həkimləri təsərrrüfatlara səfərbər ediliblər. Məqsəd iri və xırdabuynuzlu heyvanları qaryara xəstəliyindən qorumaq və sahibli itləri quduzluğa qarşı peyvəınd etməkdir. Baytarlar profilaktik peyvəndləməni rayonun Tatlı kəndində davam etdirir.
Aftandil Əsgərov fermer: Heç bir xəstəlik yoxdur. 40-yaxın iri buynzulu heyvanımız var. Hər şey normaldır. Bütün heyvanlarımız itlərimiz vaxtlı-vaxtında vaksin vurulur.
Aparılan tədbirlər çərçivəsində təsərrüfat sahiblərinə qarayara, bruselyoz və digər iti yoluxucu xəstəliklər barədə məlumatlar verilir, baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tövsiyyə olunur. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə əlaqə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Elxan Rüstəmov Samux rayon Baytarlıq İdarəsinin rəisi: Ötən il olduğu kimi bu ildə çalışacağıq bütün tədbirlər vaxtında yerinə yetirilsin. Ötən il epizootik durum normal oldu. Heç bir infeksion xəstəliyə rast gəlinmədi.
Samuxda 24 min baş iri, 155 min baş xırda davar bəslənilir. Bundan başqa rayonda 3 minə yaxın sahibli it də mövcuddur.
Natiq Hüseyn
- Baxış: 627