"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Birliyin müşahidə şurasının sədri Xanlar Fətiyevin sözlərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə "Sampo-Roselew" markalı kombaynların yığımı həyata keçiriləcək. Bu ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır: “10 ilə yaxın müddətdir ki, taxıl biçinində Sampo markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Gəncə avtomobil zavodu İB-i Sampo kombaynlarının yığılması ilə bərabər onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır”, - deyə Xanlar Fətiyev əlavə edib.
- Baxış: 426