KepezTV Player
Səudiyyə Ərəbistanı Krallığının və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 300 mln. ABŞ dollarından artıq sərmayə yatıracaqlar. Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyevanın sözlərinə görə, uzunmüddətli pilot layihələrdən sonra hərraclar keçiriləcək. Həmin şirkətlər yenidən başqa ideyaların reallaşmasında da iştirak. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
- Baxış: 440