KepezTV Player
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş İdarəyə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirildiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı rayon sakini əvvəllər məhkum olunmuş Anar Bağırov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Anar Bağırov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 500