• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 27.12.2019 11:02

Rimac seriyaöncəsi C_Two hiperkarının sınaqlarına başlayıb

Hiperkarlar istehsalçısı Porsche və Koolan, Xorvatiyanın Rimac firması olan C_Two hiperkarının testləri barədə videoçarxı dərc edib. Bu ilin yazından başlayaraq Zaqrebin yaxınlığında yerləşən Sveta-Nedelya şəhərindəki müəssisədə 17 prototip hazırlanıb. Hər bir prototip müəyyən edilmiş məqsədlər üçün istifadə ediləcək.

Rimac C_Two elektrik hiperkarının hazırlanması proqramı artıq final mərhələsinə yetişib. Rimac şirkətinin rəhbəri Mate Rimatsının bildirdiyinə görə, komanda “prototiplərdən ilkin olaraq düşünülmüş avtomobili hazırlamaq üçün” var gücü ilə işləyir. Virtual aləmdə həyata keçirilmiş simulyasiyalardan sonra, hiperkar Nardodakı (İtaliya) texniki mərkəzin poliqonunda sınaqlara yollanacaq.

Rimac C_Two hiperkarının seriya variantının debütünün gələn ilin mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacağı gözlənilir. Seriya modeli konseptən fərqlənəcək – onun dizaynı, erqonomikası və güc qurğusunun tənzimləmələri daha da yaxşılaşdırılacaq.