• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 24.12.2019 20:44

Gələn il Azərbaycanın aqrar sektorunda gözlənilən yeniliklər

KepezTV Player

“İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi gələn il də davam etdiriləcək”.Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki,"2020-ci ildə Ağstafa rayonunda yaradılmış “Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Nazirin sözlərinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir. Növbəti il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.