• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 18.12.2019 11:38

Qəzalarda 3 nəfər xəsarət aldı

KepezTV Player

Gəncədə şəhərin Bağman yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan minik maşını idarə etmədən çıxaraq yol ayrıcına dəyib. Avtomobil zərbənin gücündən yolun kənarına aşıb. Qəza zamanı sürücü, 27 yaşlı Elvar Əliyev xəstəxanaya yerləşdirilib. Xəstəyə boyunun sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olması səbəbindən Gəncədə yerləşən digər xəstəxanaların birinə aparılıb.

Şəhərin Xəqani küçəsində isə hərəkətdə olan “VAZ 2106” idarəetmədən çıxaraq çınar ağacına çırpılıb. Qəza zamanı sürücü, 47 yaşlı Rövşən Nəbiyevlə həyat yoldaşı 45 yaşlı Natavan Muradova xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən hər iki ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Sürücünün eplepsiya xəstəsi olduğu deyilir.