• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 16.12.2019 11:03

İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb

ABŞ-ın "Sarcos Robotics" şirkəti insana çəkisi 90 kiloqrama bərabər olan yükü qaldıran zaman 4,5 kiloqramlıq ağırlığı hiss etməyə imkan verən "Guardian XO" ekzoskeletinin seriyalı versiyasını təqdim edib.

 Şirkət ekzoskeletin yaradılmasına bir neçə il sərf edib. Massiv konstruksiya kəmər və xüsusi jilet vasitəsilə insana bərkidildikdən sonra robot onun hərəkətlərini təkrarlamağa başlayır. Mütəxəssislərin sözlərinə görə, robot və insan arasında səylərin nisbəti 20:1 təşkil edə bilər. "Guardian XO" elektromotorlar vasitəsilə hərəkətə gətirilən çoxlu bölmələrdən ibarətdir. Onların işi həm mexaniki, həm də proqram baxımından məhdudlaşdırılıb.

 Robotun əl-ayaqlarındakı qarmaqları görülən işdən asılı olaraq dəyişdirmək mümkündür. Robotun akkumulyatorunun işləmə müddəti 2 saata bərabərdir. Zərurət yarandıqda batareyanı asanlıqla əvəzləmək olar. İş prosesi zamanı enerji kəsiləndə isə robotun əlləri qəflətən yox, yavaş-yavaş aşağı salınacaq.

 "Sarcos Robotics" şirkəti ekzoskeleti illik 100 min dollar olmaqla icarəyə verməyi planlaşdırır.