• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 12.12.2019 10:24

Audi Q7 iki qoşulan hibrid modifikasiyaya sahib olub

60 TFSI e və 55 TFSI e indekslərinə malik olan krossoverlər 3,0-litrlik altısilindrli turbomühərrik və avtomatik ötrümələr qutusuna quraşdırılmış elektromotora sahib olublar.

Hər iki hibrid krossoverin güc qurğusunun əsasında 340 at qüvvəsi və 3,0-litrlik TFSI mühərriki durur.   Audi Q7 60 TFSI e modeli 100 km/saat həddinə 5,7 saniyəyə, 55 TFSI e isə 5,9 saniyəyə sürətlənir. Elektrik yükləmə nöqtəsi kuzovun sol arxa tərəfində yerləşir. Krossoveri ictimai yükləmə nöqtələrinə və ya Avropada 110 min terminalı olan Charging Service firma servisinə qoşmaq olar.  

Audi e-tron modelindəki kimi mənfi 0,3 g gücünə kimi bütün yavaşlamalar elektromotor tərəfindən həyata keçirilir. Kəskin əyləcləmə zamanı isə adi mexanizmlər işə düşür. Q7 modelinin rekuperasiya sisteminin gücü 80 kVt təşkil edir. Gillətmə ilə gedərkən krossover batareyaya 25 kVt-a qədər enerjini qaytara bilir.

Audi artıq Almaniyada Q7 6- TFSI e və 55 TFSI e modellərinə sifarişləri qəbul edir. Top variant 89.500, ikinci variant isə 74.800 avrodan başlayan qiymətlərlə təklif edilir.