• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 15.10.2019 11:01

Ferrari F8 Spider modelini təqdim etdi

Artıq 40 ildir ki, ortamühərrikli spayderlər Ferrari model xəttinin mütləq atributuna çevriliblər. Italyan markası yeni spayderi təqdim edib - Ferrari F8 Spider. Bir şoxları yeni spayderi F8 Tributo modelinin açıq variantı kimi qəbul etsələr də, italyan istehsalçısı onun ayrı model olduğunu iddia edir. Ferrari nümayəndələri hər iki avtomobil üzərində işlərin eyni vaxtda başlandığına və yeni spayderin Ferrari 488 Spider modelinin davamçısı olduğunu bildirirlər. Əslində F8 Spider modeli 488 Spider modelinin təkamülüdür. Məsələn yeni modelin ikihissəli RHT (Retractable Hard Top) sərt dam örtüyü sələfindəki ilə  eynidir. Servoötürmənin köməyi ilə damı 45 km/saat həddinə qədər sürətlərdə 14 saniyəyə açıb-bağlamaq olar. Bununla belə, optimallaşdırılmış hava kanalları və radiatorların başqa yerləşməsinə malik olan kuzov, aerodinamik müqaviməti 10% azaltmağa imkan verib.

Texniki cəhətdən Ferrari F8 Spider kupedən fərqlənmir. Spayder 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 3,9-litrlik V8 biturbomühərriki və 7-pilləli preselektiv robotla hərəkətə gəlir. Elektron yardımçılar arasında sürüşmələrə nəzarət edən SSC (Side Slip Control) və əyləc mexanizmlərində təzyiqi fərdi şəkildə tənzimləyən FDE Plus (Ferreri Dynamic Enchancer) sistemləri vardır.

Möhkəmləndirilmiş altlıq və qatlanan sərt tavan F8 Spider modelinin çəkisini 1400 kq qədər artırıb. Kupedə bu rəqəm 1330 kq təşkil edir. Bununla belə, yeni spayder Ferrari 488 Spider modelindən 20 kq yüngüldür. Ferrari F8 Spider 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 7,8 saniyəyə sürətlənir. Spayderin maksimal sürəti 340 km/saatdır. Yeni modeli artıq sifariş etmək olar. İlk avtomobillər müştərilərə gələn il çatdırılacaqdır. Ferrari F8 Tributo modelinin kütləvi debütü Frankfurt avtosalonunda baş tutacaq.