• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 14.10.2019 12:37

Ev yandı, bir nəfər xəsarət aldı

KepezTV Player

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə və binanın dam örtüyü 8 m² sahədə yanıb. Yangın zamanı 1 nəfər xəsarət alıb və 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Beyləqanın Qaralılar kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Nəticədə bir nəfər xəsarət alıb.Faktlar araşdırılır.