• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 11.10.2019 18:39

Keçmiş məhkum həmkəndlisinin evindən oğurluq etdi

KepezTV Player

Zaqatalada həmkəndlisinin evindən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayan keçmiş məhkum tutulub. Aşağıl Tala kənd sakini yaşadığı evdən xeyli miqdarda qızıl-zinət əşyalarının oğurlanması barədə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı məlum olub ki, şübhəli Elxan Canımov cinayəti törədən gün toy mərasimində iştirak edirmiş. O, toy məclisindən çıxıb oğruluğa gedib. Cinayəti törətdikdən sonra Canımov izi itirmək üçün yenidən məclisə qayıdıb. Faktla bağlı cinayət işi başlanılıb.

Ələkbər Əsgərov - Zaqatala RPŞ-nin İstintaq bölməsinin rəisi: RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.