• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 07.10.2019 12:08

Ər arvadını övladının gözü qarşısında öldürdü

KepezTV Player

Bakıda dəhşətli qətl baş verib. Hadisə paytaxtın Binəqədi raonu, Bləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında olub. Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 33 yaşlı Nicat Məmmədov idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 27 yaşlı Leyla Məmmədova və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qaynanasının evinə aparırmış. Həmin vaxt Nicat Məmmədovun atası Nazir Məmmədov da avtomobildə avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında ər-arvad arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Məmmədov avtomobili küçədə saxlayaraq yük yerində saxladığı bıçaqla həyat yoldaşına 2 zərbə endirib. Bu vaxt onun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb və qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyəsindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Faktla bağlı Binəqədi rayon Prokrorluğunda Cinaət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxs saxlanılıb.