• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2153
— 01.10.2019 11:02

Snapchat 3D Kamera rejimini elan etdi

Snapchat 3D Kamera rejimi elan edir. Yeni xüsusiyyət istifadəçilərə Snapslara dərinlik əlavə etməyə imkan verir.

3D Kamera rejimi üçün əlbəttə ki, müxtəlif 3D effektləri də mövcud olacaq. Effektlər 3D fotoşəkilləri ilə əlaqə quraraq daha maraqlı görüntü alınmasına kömək edə bilər. Yeni yaradılan 3D şəkillərinizi başqa yerlərdə istifadə etmək üçün şəkilləriniz arasında saxlamaq imkanı var. Şirkət, həmçinin bu görüntülərin yalnız iPhone X və daha yuxarı versiyalarda yarana biləcəyini vurğulayır. Təəssüf ki, Android istifadəçiləri üçün heç bir yeni xüsusiyyət mövcud deyil. Digər istifadəçilər yalnız onları görə biləcəklər. Yaxın zamanlarda bu xüsusiyyət daha çox istifadəçi üçün əlçatan olacaq.