Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. Bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. DSX-nin məlumatına görə, nəticədə ekskovatorun sürücüsü - mülki şəxs Səfərəli Abışov güllə yarası alıb.<br>Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralı təcili təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün omayıb. Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
- Baxış: 440