• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 30.09.2019 19:52

Dram Teatrı mövsümü açdı

KepezTV Player


Gəncə Dövlət Dram Teatrı yeni mövsümdə teatrsevərlərə 4 yeni tamaşa təqdim edəcək. 125-ci mövsümü "Xərabət gözəli" ilə açan yaradıcı heyyət qastrol və yeni festivallara da yollanacaq.
 

Alqışlarla səhnəyə çıxan yaradıcı kollektiv tamaşaçılara ötən müvsümün hesabatını verdi. Mövsüm ərzində 4 yeni tamaşaya qurluş verərək öz repertuarına daxil edən dram teatr xarici ölkələrdə keçirilən 4 teatr festivalına da qatılıb və nəailiyyətlərə vətənə dönüb. Yeni mövsümdə də bu uğurları davam etdirmək planlaşdırılır.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Bu il teatr yeni mövsüm üçün repertuarda yeni əsərlərin hazırlanmasını nəzərdə tutmuşdu. İlin sonuna kimi iki yeni əsər istehsalata buraxılacaqdı. Cəfər Cabbarlının 120 illik yubleyi ilə bağlı ölkı prezidentinin sərəncamı ilə böyük tədbirlər silsiləsi keçiriləcəkdi. Həmin respublika festivalında Cəfər Cabbarlının “Dönüş” əsri ilə Gəncə Dövlət Dram Teatrının kollektivi də iştirak edəcəkdir.

Daha sonra yerli yazar Xəzangül Hüseynovanın “Xərabət gözəli” pyesi əsasında hazırlanan eyni adlı tamaşa nümayiş olundu. Bu səhnə əsərində Azərbayacanın qadın şairəsi, 900 il bundan əvvəl yaşayan Məhsəti Gəncəvinin həyatı, yaradıcılığı öz əksini tapıb. Həmçinin o dövr Gəncənin tarixi də tamaşada nümayiş olunur. Burada Məhsəti xanımın öz dövrü üçün aktual olan problemlərinin dövrümüzlə əlaqəsi də sintez edilib.

Quruluşçu rejisoru Elşad Əhmədov olan səhnə əsərinin, rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur. Tamaşada baş rolları Günay Xanlarova, Ruslan Həsənov, eləcə də Emin Salmanov, Sevinc Hüseynova, Könül Kazımova və digər gənc aktyorlar canlandırıb.

Xəzangül Hüseynova - müəllif: Məhsətini çoxunun qəbul etdiyi Məhsəti kimi yox əsil real gerçək Məhsəti xanım kimi vermişəm

Elşad Əhmədov - quruluşçu rejissor: Məhsəti xanımın yaradıcılığı ilə bilavastə bağlı olan Gəncə Sufi cəmiyyətinin ilkin yaradıcılarından olub. O təriqətin yayıcıların olub. Bzidə o nöqteyi nəzərdən yanaşdıq.

Ruslan Hüseynov - aktyor: Xərabət gözəlində mən Gəncə Xətibinin oğlunu Əmir Əhməd obrazını canlandırıram. İnsan birinci getmək istədiyi yolu müəyyənləşdirməlidir əgər bir insanı həqiqətən sevirsə, ilahi eşqdə varsa. İnsan bir-birinə qovuşmaq üçün təbii ki, aralarında manelər olacaq.Manelərdən qorxmalı deyil əksinə onun üzərinə getməlidir, sonluq nəticəni gözləməlidir.

Rəşad Hüseynov - aktyor: Şeyx Nizamini canlanıdırıram. Onu canlandırmaq mənim həyatım boyu arzum olub. Bu gündə arzuma çatmışam. Ancaq onu deyim çox çətin və ağır bir işdir.

Könül Kazımova - aktrisa: Sədi Gəncəvi obrazını yaradıram. Məhsəti Gəncəvinin həm rəfiqəsi, həm də ki, onun qoruyucusudu. Tarixi şəxsiyyətləri yaratmaq əlbəttə gözəl hislərdi. Sədi Gəncəvi özüdə şairə bir xanım olub.

Xranametrajı 1 saat 15 dəqiqə olan “Xərabət gözəli” səhnə əsəri tamaşaçılarda vətənpərvərlik ruhu yaradıb.

Məhəbbət İsgəndərov - tamaşaçı: Bu əsər bütün insanlarda o cümlədən gənclərdə böyük təsürat, maraq yaradıb ki, öz tariximizə baxıb sevinsinlər. Bir Azəri Türkü olduqları üçün qurur hissi keçirsinlər.

İlhamə Qurbanova - tamaşaçı: Tamaşaçı kimi onu deyə bilərm ki, məndə vətənpərvərlik hissini daha da gücləndirdi. Eyni zamanda fəxr qurur hissi duydum ki, bir azərbaycanlı kimi bizim Məhsəti Gəncəvi kimi gözəl şairəmiz olub.

Xərabət Gözəli tamaşasının premyerası martın 10-da Milli teatr günündə olub. Teatrın repertuarına daxil olan taamaşa mövsüm ərzində teatrsevərlərə nümayiş olunacaq.

 

Elnur Vahidoğlu