Müasir dövrdə həm müəllimin, həm də şagirdin İnformasiya Komnikasiya Texnalogiyaları bacarığı olmalıdır. Bu bacarığın təkmilləşdirilərək artırılması isə İKT savadlılığıını təmin etməyə yönəlib. Dövrün aktual məsələsi Gəncədə Təhsil Nazirliyinin sifarişi ilə Təhsildə İnnavativ Texnalogiyalar və Təhsilin İnformasiyalaşdırılması idarəsi tərəfindən müəllimlərə aşılanır. Təşkil edilən təlimlərdə şəhərin informatika müəllimləri ilə yanaşı digər fənlərin müəllimləri də iştirak edir. Burada İKT bacarıqları əyani vastələrlə həftənin bütün günü 6 qrupda 80 müəllimə izah olunur. Noyabra kimi davam edəcək təlimdə mərhələli şəkildə 210 pedaqoqun iştirakı nəzərdə tutulur. Təlimin sonunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən imtahan keçiriləcək və iştirakçılara Təhsil Nazirliyinin tərəfindən təstiq edilən sertifkatlar veriləcək.
Elnur Qasımov - təlimçi: Təqdimatlar hazırlanır. Bundan başqa veb 2 alətləri öyrədilir. Çünki bu gün veb 2 alətləri dünyada geniş yayılmış vastələrdədn biridir. Bununla şagirdlər dərsə daha maraqlı iştirak edirlər. Öyrənmə portalı var ki, hazırda biz onu da müəllimlər üçün təlimdə öyrədəcəyik. Həmin öyrənmə portalı vastəsi ilə müəllimlər heç bir yerə getmədən özləri sərbəst şəkildə bu mövzular haqqında, özləridə ora mövzular artıra bilərlər. Bu isə müəllimlər arasında əlaqələri və onların özlərində inkişafını daha da sürətləndirir.
Şahin Hüseynov - iştirakçı: Biz burada komputer biliklərimizin artırılması ilə bağlı iştirak edir. Artıq 5 dərsdir ki, başlamışıq. Biz eqzel ofis proqramları üzərində işləyirik.Gələcək dərslərimizdə bu bizə böyük kömək olacaq.
- Baxış: 717