• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 30.09.2019 12:12

Dəhşətli zəlzələdən 880 il ötür

KepezTV Player

Baxmayın zəlzələ qoparıb tufan, Ölkəni bir anda elədi viran, Şeyx Nizaminin bu misraları 12-ci əsrdə Gəncəni yerlə yeksan edən, o cümlədən bizə təbiət möcüzələrini bəxş edən 1139-cu il zəlzələsinə həsr edilib. Məhz tarixin bu günüə təsadüf edən dağıdıcı təbiət hadisəsinin üzərəndən əsrlər keçib, Gəncə də yenidən bərpa edilib, amma Kəpəz dağının uçması nəticəsində yaranan göllər bu günümüzədək insanları valeh etməkdə davam edir.

XII əsrdə Gəncə Yaxın Şərqin ən möhtəşəm şəhərlərindən birinə çevrilmişdi. Eldənizlər sülaləsinin hökmranlığına təsadüf edən bu dövrdə şəhərdə sənətkarlıq və ticarət inkişaf etmiş, mədəniyyət çiçəklənmişdi. Ərəb tarixçisi İbn Əl-Əsirin “Arranın anası”, İran tarixçi-alimi Rəşidəddinin “Arranın ən böyük şəhəri” hesab etdikləri Gəncə belə bir zamanda 1139-cu il sentyabrın 30-da dəhşətli zəlzələ ilə yerlə-yeksan olur. Yeraltı təkanların Azərbaycan başqa vilayətlərində də baş verdiyi deyilsə də episentirə yaxın məhz Gəncə olur.

Elnur Həsənov - tarixçi: 12 ci əsrdə ən böyük şəhərlərdən biri Gəncə şəhəri idi.

İgamətgahı Gəncədə yerləşən Arran hakimi Atabəy Qarasonqur hadisə zamanı Gəncədə olmasa da onun ailə üzvləri zəlzələ nəticəsində həlak olmuşdu. Səlcuq şahının köməyinə getmək istəyən Qarasonqur Gəncəyə qayıdır və şəhərin yenidən qurulmasına dəstək olur.

Elnur Həsənov - tarixçi: Gəncə əsrlərdi alınmaz qala hesab edilirdi.

Zəlzələdən sonra gürcü çarı I Demetri Gəncəyə hücum edərək şəhər darvazasını hərbi qənimət kimi öz ölkəsinə aparır. hansı ki, qapıların 1 tayı Gürcüstanda Gelati Monastrında bu günədək saxlanılır. Eyni zamanda zəlzələ Kəpəz dağı zirvəsinin uçurdur və Ağsu çayının qarşısını kəsilir, nəticədə 7 göl əmələ gəlir. Elə bu günümüzə dək gəlib çatan da Təbii Gözəllik abidəsi olan GöyGöl və ətrafındakı su hövzələridir.