KepezTV Player
Yeri gəlmişkən, Gəncədə infrastruktur layihələrinin icrası başa çatan daha bir neçə küçə piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün yararlı vəziyyətə salınır. Söhbət Çingiz İldırım, Şəhriyar, Ağa Neymətulla və Əbül-Üla Gəncəvi küçələrindən gedir. Sözügedən yollarda asvaltsalma işləri aparılır, paralel olaraq səki hissəsi də istifadə üçün hazırlanır. Eni 9 metr, uzunluğu 1 km olan Dədə Qorqud küçəsində isə asfalt örtüyünün yenilənməsi başa çatdırılıb. Nəriman Nərimanov prospektindən üzü Gülüstan qəsəbəsinə doğru hissədə də hərəkət üçün yaranan çətinliklər aradan qaldırlır. Şəhərdə su və kanalizasiya xətlərinin yenilənməsi zamanı yararsız hala düşən asfalt örtüyünün yenilənməsi ilə yanaşı gecə işıqlandırma sistemləri də quraşdırılır.
- Baxış: 1678