• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 25.09.2019 19:59

Turan Bayramov sabah mübarizəyə qoşulacaq

KepezTV Player

Bu gün Qazaxıstanda yeniyetmələr arasında cüdo üzrə dünya birinciliyinə start verilib. Yarışda Azərbaycan yığma komandası da təmsil olunur. Millinin heyətində Gəncə cüdo məktəbinin iki yetirməsi də yer alıb. Onlardan biri ilk yarışın günündə çıxışını başa vurub. Ölkəmizi 44 kq-da təmsil edən Könül Əliyeva mükafatsız qalıb. Sabah isə mübarizəyə Turan Bayramov qoşulacaq.

Xanəhməd Rzazadənin yetirməsi millinin əsas medal ümidi sayılır. Bu da təsadüfi deyil. Komanda yoldaşları ilə müqayisədə, Turan Bayramov daha titullu cüdoçu olduğundan onun Orta Asiya ölkəsində mükafat qazanacağına inam böyükdür. Belə ki, o, bu il bir sıra mötəbər yarışların qalibi olub. Bu mənada Çexiyada Avropa Kubokunun,  Polşada Avropa birinciliyinin və Bakıda reallaşan Avropa Gənclər Yay Olimpiya Festivalının qızıl medalını qazanıb. 

Turan Bayramov yarış öncəsi zədələrlə üzləşib. Əvvəlki turnirlərdə də aldığı xəsarətlar alan idmançının təlim-məşq toplanışlarında hazırlıq prosesinə təsirsiz ötüşməyib. 

Gəncəli cüdoçu Almata şəhərrində reallaşan dünya birincliyində 60 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq.

 

Azad Rəfi