• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 24.09.2019 11:57

Çay kənarından tapdığı toxumlarla həyətini narkoplantasiyaya çevirib

KepezTV Player

Samuxda xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik maddəni həyətində əkib becərən şəxsi polis əməkdaşları elə iş başında yaxalayıb. Saxlanılan şəxsin külli miqdarda narkotik vasitəni şəxsi istifadəsi üçün becərdiyi heç də inandırcı görünmür.

Saxlanılan Qarayeri qəsəbə sakini 42 yaşlı Fərhad Bağırovdur. Yaşadığı evin həyətini narkoplantasiyaya çevirən şəxsin planlaşdırdığının realizəsinə rayon polisi alim-aqronomların iştirakı ilə imkan verməyib. Aqrotexniki qaydada qulluq edilərək yetişdirildiyi sübut olunan 11 ədəd çətənə kolu eləcə də həmin kollardan yığılaraq qurudulan xeyli miqdarda marixuananın istifadəsinin qarşısı alınıb.  

İslam Mehtiyev müstəntiq: Ümumi çəkisi 19 kiloqram 850 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş və həmin həyatyanı torpaq sahəsindən yeri hesab edilən anbardan ümumi çəkisi 1 kiloqram 500 qram olan  qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Aylardır bu işlər məşğul olduğunu etiraf edən saxlanılan şəxs narkotik vastənin toxumlarını çay kənarından topladığını və şəxsi istifadəsi üçün əkib-becərdiyini deyib.

Fərhad Bağırov saxlanılan şəxs: Qarayeri Sovxozundan keçən çayın sahilindən narkotik tərkibli çətənə kolu ilə rastlaşdım. Oradan həmin kolun toxumundan əldə edib həyətimdə becərdim. Becərdiyim çətənə kollarının yarpağından qurudub çəkirdim.

Fərhad Bağırovun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Günahı sübuta yetirilərsə bu onun ilk məhkumluğu olacaq.

Natiq Hüseyn