• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 23.09.2019 18:07

Gəncə sakinləri Samuxda iki mağazanı qarət ediblər

KepezTV Player

Samux polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb. Onlar rayon ərazisində iki mağazanı qarət etməkdə şübhəli bilinirlər.

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il sentyabrın 9-dan 10-na keçən gecə Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət edən Gəncə şəhər sakinləri - əvvəllər məhkum ounmuş  26 yaşlı Ayxan Hüseynov və həmyaşıdı Rəşad Məmmədov saxlanılıb. Araşdırmalar zamanı müəyən edilib ki, həmin şəxslər bir həftə sonra Qarayeri qəsəbində daha bir mağazadan oğurluq ediblər. 

Elçin Əzizov - baş müstəntiq: “Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub və Samux rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaq zamanı maddi sübutun bir qismi də tərəfimizdən götürülüb. Hal-hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir”.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onların oğurluq yolu ilə əldə etdikləri tütün məmulatlarının bir qismi tapılaraq istintaqa təqdim olunub. Saxlanılan Rəşad Məmmədov oğurluqda yalnız gözətçi kimi iştirak etdiyini deyib.  

Rəşad Məmmədov - saxlanılan şəxs: “Sadəcə olaraq özümüz üçün gəzirdik. Gəlib oralara çıxmışdıq. Mağazadan 300-400 metr aralıda maşını saxladı, getdi gəldi. Əlində bir dənə balaca paket və araq var idi”.

Hazırda saxlanılan şəxslərin digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Natiq Hüseyn