• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 980
— 23.09.2019 16:10

Piyadanı vurub qaçan sürücü tutularaq istintaqa cəlb edilib

KepezTV Player

Gəncədə ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Sentyabrın 21-də, saat 19 radələrində Nizami prospektində “Vaz 21074” markalı avtomobili idarə edən naməlum şəxs tərəfindən yolu keçmək istəyən piyada Gəncə sakini, 51 yaşlı Süsən Hüseynovanın vurulması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan Gəncə sakini Namiq Mədədov tərəfindən idarə edilərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Mədədov sentyabrın 22-də şübhəli şəxs qismində tutularaq dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.