Gəncədə Üçüncü Respublika İnnovasiya Müsabiqəsinin şərtləri ali məktəb müəllimləri və tələbələrinə, eləcə də ictimayyət nümayəndələrinə izah edilib. BMT-nin inkişafla bağlı dayanıqlı inkişaf məqsədləri təşəbbüsünə uyğun olaraq əsas məqsədlərindən biri məhz dayanıqlı inkişaf məqsədinin doqquzuncu hədəfində əks olunan innovasiyaların həvəsləndirilməsi və ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılmasına dəstək göstərilməsindən ibarətdir. Müsabiqəyə qoşulmaq istiyənlər üçün isə heç bir yaş fərqi və peşə məhdudiyyəti qoyulmayıb.
Hüseyn Hüseynov - İqtisadiyyat Nazirliyinin şöbə müdiri: İstənilən yaşda olan insan, istənilən fəaliyyət sahəsində olan insan Respublika İnnovasiya Müsabiqəsinə müraciət edə bilər.Bunun üçün 3 platforma üzərindən müraciət qəbul olunur.Birinci platforma Respublika İnnovasiya Müsabiqəsinin vebsaytı faəliyyət göstərir ki, bu vebsaytı vastəsi müraciətlər göndərilə bilər. Eyni zamanda Vətəndaşlara Xidmət və Sosial İnnavasiyalr Dövlət Agentliyinin ideya bankı üzərindən müraciətlər göndərilə bilər. Yaxudda İqdisadiyyat Nazirliyinin bir başa internet ünvanına hazırlanmış ideyalar və layihələr bir başa müraciətlə iqtisadiyyat nazirliyinə ünvanlana bilər.
- Baxış: 1427