• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 20.09.2019 20:21

Mədəniyyət naziri növbəti vətəndaş qəbulunu keçirib

KepezTV Player

Naftalanda Uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi və ya məktəbin fəaliyyət göstərdiyi binanın Mədəniyyət Nazirliyinin balansına keçirilməsi, kitabxanalara orta məktəb şagirdləri üçün yeni kitabların verilməsi, suvenir sənətinin inkişafı ilə bağlı məktəbin açılması kimi müraciətlər Naftalanda səsləndirilib. Nazir Əbulfəs Qarayevə Samux rayonu ərazisində arxeoloji qazıntı işlərinin aparılması, xalçaçılığın inkişafı üçün zəruri ləvazimatların verilməsi, rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunması, Tarix-Diyarşünaslıq Muzeyinə ştatların verilməsi, işlə təmin olunma ilə bağlı təkliflər edilib. Bütün müraciətlər diqqətlə dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll edilib, bəzilərinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Əbulfəs Qarayev - Mədəniyyət naziri: Qəbul zamanı çoxsaylı müraciətlər musiqi məktəblərinin fəaliyyəti ilə bağlı oldu. Bildiyiniz kimi biz müsabiqə keçirmişdik. Müsabiqənin nəticəsinə görə müəyən müəllimlər artıq sınaqdan keçərək yerlərə təyin olunublar. Amma eyni zamanda bir sıra vakasiyalarımız qalıb. Vakansiyaların nəticlərinə görə artıq mən görürəm ki müraciətlər çoxdur. Düşünürəm ki biz yeni bir çıxış yolu tapacağıq.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncədə  Gəncə və Kəlbəcər, nazir müavini Rafiq Bayramov isə Goranboyda bu rayon və Xocalı sakinləri ilə analoji görüş keçirib. Ümumilikdə qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.

 

Natiq Hüseyn