• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 20.09.2019 12:08

Tarixin incisi - Şəmkir qalası

KepezTV Player

Şəmkirin Muxtariyyə kəndi ərazisində, Şəmkirçayın sahilində yerləşən Şəmkir qalasının bu günə qalıqları gəlib çatsa da araşdırmaçıların diqqətini hələ də özünə cəlb edir. Qala təkcə istehkam tikililərinin möhkəmliyi ilə deyil, həm də memarlığının qeyri-adi gözəlliyi ilə seçilib. Azərbaycanın 3 ən böyük qalası sırasında yer alan Şəmkir qalasının qoruq olması da gündəmdədir.
 

Şəmkir qalası dünya əhəmiyyətli tarixi abidələr sırasındadır. Tariximizin bir incisi olan qala orta əsr Azərbaycan şəhərinin öyrənilməsində böyük rol oynayır. “Narın Qala” “Bayıl Qala” və “Rabat Qala”dan ibarət tikili müxtəlif dövrlərdə baş verən siyasi gərginliyin təsirinə də məruz qalıb. Qala 2 dəfə, 13-cü əsrdə monqollar, 19-cu əsrdə isə çar Rusiyası tərəfindən dağıdılıb.

Cavanşir Priverdiyev - Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: Qala Şəmkir çayının sol sahilində yerləşib o sağ sahillə körpü vasitəsi ilə birləşdirilib həmin körpülərinin də qalıqları durur.

Orta əsrlərdə erməni gürcü feodalları bizans imperiyasının göstərişi ilə Azərbaycanın qərb bölgəsini ələ keçirtmək istəyiriblər. Lakin 11-ci əsrin əvvəlində Cənubi Qafqaza, xüsusilə də Azərbaycan torpaqlarına oğuz soylu Səlcukların axını baş verir. Həmin dövrdə qərb bölgəsində yaranan Şəddadilər dövləti ilə ittifaqa girərək bizans imperiyasına qarşı mübarizə aparan səlcuqlar Azərbaycanın qərb bölgəsini yadellilərdən qoruya bilirlər. Bu işdə müdafiyə xarakteri daşıyan qala mühüm əhəmiyyət kəsb edib.

Cavanşir Priverdiyev - Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: AMEA – nın tarix və etnoqrafiya institunun əməkdaşları 2006 cı ildən etibarən intensiv arxeoloji tədqiqat işləri aparmağa.

2007-ci ildən aparılan araşdırmalar nəticəsində ərazisi 21 hektar bilinən qalanın 28-30 hektar sahəni əhatə etdiyi məlum olub. Dövlət tərəfindən qorunan qala ərazisinin qoruq elan edilməsi istiqamətində tədbirlər görülür.