• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 19.09.2019 17:31

Şəmkir şəhərinin sakinləri niyə çirkli sudan istifadə edir?

KepezTV Player

Yenilənən su xəttindən gələn su belə getsə həyat yox, xəstəlik bəxş edəcək. Şəmkir sakinlərinin iddiasına görə, onlara verilən su çirkli, yəni bulannıq gəlir. Cavabdehlər isə iddianı əsaslı sayaraq çətinliyin müvəqqəti olduğunu bildirirlər. Əməkdaşımız Natiq Hüseyn sakinləri narahat edən məsələ ilə maraqlanıb, izləyək..

Nişanə Əminova sakin: Bütün uşaqlar qarın ağrısı kusmadan əziyyət çəkirlər. Böyüklərdə onu kimi. Bizdə məcbur olub onu içmirik. Gedib oradan-burdan su gətiririk. Artıq yorulmuşuq. Tapada bilmirik. İş oarasıdıir ki kəhrizlərdə quruyub. 

Fasiləsiz içməli su sevincini yaşamaq Şəmkirin 20 yanvar küçəsində yaşayanlar üçün uzun çəkməyib. İş orasındadır ki, sakinlər susuzluqdan şikayətçi deyillər, gələn sudan narazıdırlar.

Muradəli Qurabnov sakin: Bəlli deyil ki, suyun tərkibində nə var. Su sanki çaydan gələn bir arxın suyudur. Yağış yağan vaxtı daha da betər gəlir. Çox bulanlıq gəlir. Çünki təmizləyici filtir qoyulmayıb.

Bulannıq gələn su sakinləri əlavə xərcə və çətinliyə salıb. Uzaq məsafədən su gətirənlər isə tək 20 yanvar küçəsinin sakinləri deyil. Çəkilən yeni su xətti istismarda olan digər ərazilrədə də analoji hal yaşanır.

Süleyman Yusifov sakin: 24 saat böyük təzyiqlə suyumuz gəlir. Təzyiq yaxışıdır ancaq bulanlıqdır. Bu təkcə bizdə deyil bütün şəhərdə belə bulanlıq gəlir.

Gündəlik istifadə olunan suyun çirkli gəlməsi isə sutəmizləyici qurğuların işləmə mexanizmi ilə əlaqəlidir. Şəmkirçay su anbarından çəkilən xəttin üzərində quraşdırılan qurğu tam işə salınandan sonra şəhərin suyu durulacaq.

 Hafiz Məmmədov Şəmkir Su-Kanal İdarəsinin rəisi: Suyun bulanlıq gəlməsinin səbəbi odur ki təmizləyici qurğu yuyulub istifadəyə düşür orada yuyulma prosesləri gedir. Buda təbiidir yuyulmasa su vermək mümkün deyil. Bu bir yoxlanışdır. Yoxlanış zamanı cüzi miqdarda syun bulanmağı görünüb.

Müşahidə olunan halın yaxın vaxtlarda aradan qaldırılaraq şəhərin saf su ilə təchiz olunacağı bildirilir.

Natiq Hüseyn